2023-cü ilin üçüncü rübü ərzində Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, lakin gündəlik hasilat 12 faizə yaxın düşüb.
Bu barədə Banker.az operator “BP Exploration (Caspian Sea) Limited” şirkətinin açıqlamasına istidən xəbər verir.
İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.
2022-ci ilin ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olmuşdu.