Bu ilin I rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə təqribən 137 mln. ABŞ dolları həcmində əməliyyat məsrəfləri və 396 mln. dollar əsaslı məsrəflər xərclənib. Bu barədə “Report” layihənin operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.
AÇG üzrə xərclər bu ilin I rübündə ötən ilin müvafiq dövründən 15,4% azalıb.
Hesabat dövründə AÇG-də 5 neft hasilat quyusu və 2 suvurma quyusu qazılıb.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Ltd.” (OVL, 2,7%) şirkətləri iştirak edir.