9 C
Baku
Thursday, December 12, 2024

AÇG və “Şahdəniz”dən indiyədək 565 mln. tondan çox neft hasil edilib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağı istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək təqribən 565 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, AÇG-dən indiyədək 533 mln. ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 mln. ton kondensat çıxarılıb.

“AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən 564,7 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib”, – məlumatda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər