AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək 679,8 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Energetika Nazirliyindən   verilən məlumata görə, hesabat dövründə yataqlardan 529,6 milyard kubmetr qaz hasil edilib.

Məlumata görə, indiyədək “Azəri-Çıraq-Günəşli”dən 625,6 milyon ton neft, 251,1 milyard kubmetr qaz hasil olunub.

Bildirilir ki, hesabat dövründə “Şahdəniz”dən 54,2 milyon tona yaxın kondensat, 278,5 milyard kubmetr qaz hasil edilib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər