İndiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən səmt qazının təxminən 60 mlrd. kubmetri dövlətə təmənnasız ötürülüb.
Bunu III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edən BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı BP-nin operatoru olduğu AÇG layihəsi çərçivəsində 4,5 mlrd. barel neft hasil olunub.







