21 C
Baku
Friday, April 26, 2024

Açıq havada reklam yerləşdirmə şərtləri açıqlandı

Açıq məkanda reklam yerləşdirmək istəyənlər Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) rəsmi icazə almalıdır. Banker.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qurumdan bildirilib ki, agentlik bu sahəyə ciddi nəzarət edir: «Ərazilərdə monitorinqlər təkcə ADRA müfəttişlərinin iştirakı ilə deyil, eyni zamanda açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar vasitəsilə aparılır. Qanunun tələblərinə cavab verməyən reklamların yayımının dayandırılması üçün zəruri tədbirlər görülür».

Agentlik reklam üçün icazələrin alınması prosesini də açıqlayıb: «Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcıları maarifləndirilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur” – deyə qurumdan bildirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər