17 C
Baku
Friday, September 27, 2024

Aclıq çəkən insanlar

Dünyada 870 milyona yaxın insan aclıqdan əziyyət çəkir. Başqa sözlə desək, dünyanın hər 8-ci sakini yatağa ac uzanır.

 Varlı ölkələrin sakinlərinin zibilə atdığı bütün yeyilə bilən ərzaq məhsullarını toplasaq Afrikanın aclıqdan əziyyət çəkən bütün insanlarını doyurmaq olar.

Cənubi Sudanın əhalisinin 70%-i ərzaq çatızmazlığından əziyyət çəkir. Bu dünyanın ən “ac” ölkəsidir. İkinci yerdə Kamerun, üçüncü yerdə isə Nigeriya gəlir. Kamerunda aclıq çəkən insanlar 51%, Nigeriyada isə 47% təşkil edir.

İnkişaf etməkdə olan ölkələrdə hər 6-cı uşaq qida çatışmazlığı səbəbindən kifayət qədər çəkiyə malik deyil. Bununla yanaşı uşaq ölümlərinin üçdə bir hissəsi aclıqla əlaqədardır.

İnsanların aclıqdan əziyyət çəkməsinin digər bir səbəbi isə məhsulların qiymətinin daim artmasıdır. 2010-2011-ci illərdə ərzaq məhsullarının qiymətinin qalxması 70 milyona yaxın insanı aclığa sürükləmişdi.

Cəmiyyətin diqqətini çəkmək üçün aclıq aksiyası ilk dəfə 1900-cü illərin əvvəlində keçirilmişdi. Bu isə İngiltərədə qadın hüquqlarının qorunmasına diqqət cəlb etmək cəhdi idi.

Ciddi fiziki yük daşımayan sağlam insan heç bir zərəri olmadan 40 gün qidasız qala bilər.

Dünyada planetin bütün sakinlərini doyumaq üçün kifayət qədər ərzaq məhsulu istehsal olunur. Lakin əgər biz məhsulları israf etməyə davam etsək, istehsalat prosesi əhalinin artımından geri qalmamaq üçün 60 faiz təşkil etməli olacaq.

Son xəbərlər
Digər xəbərlər