“ADA” Universiteti “Ricon” MMC ilə 9.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə ““ADA” Universitetinin ərazisində “Cənub Kampusu” layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işləri”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 342 559 manatdır.
Qeyd edək ki, 2003-cü ildə qurulmuş “RİCON” MMC enerji obyektlərinin inşası, meliorasiya, sənaye və mülki inşaatı ilə məşğul olur. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad İsmayılovdur.