Adam Smit müasir iqtisadi nəzəriyyənin banisi və sərbəst bazar qurucusudur. Lakin XVIII əsr şotlandlı filosofun ideyaları tez-tez təhrif olunur və bunda Adam Smitin özü günahkar bilinir.
The Economist britaniya jurnalının qeyd etdiyinə görə, məsələ ondadır ki, o çox parlaq və lakonik formada yazmağı sevirdi və öz fikirlərinə aydınlıq gətirmirdi.
Məsələn, onun məşhur sitatlarından birini götürək: “Biz öz naharımızı qəssabın, pivəçinin və çörəkçinin xoşniyyətliyindən deyil, onların öz şəxsi maraqlarına riayət etmələrindən gözləyirik”.
Jurnalist və iqtisadiyyatçılar bu sitatı onunla izah edirlər ki, Smit burada şəxsi eqoizmi təsdiqləyir. Lakin tarixçi Atol Fiçibons bu ideyanı yalnız konteks daxilində başa düşməyin mümkün olduğunu deyir.
“Mənəvi hisslər nəzəriyyəri” kitabında Smit filosofların cəmiyyəydəki rolundan bəhs edirdi. Onun fikrincə, filosofların yalnız öz maraqları barəsində düşünməsi ədalətsizlik və yalnış olardı. Bunun əvəzində filosoflar cəmiyyətdə borc hissini yaratmalıdırlar ki, bu da ən mühüm qlobal problemlərin həllinə köməklik edəcək. Lakin qəssablar, pivəçilər və çörəkçilər, filosofdan fərqli olaraq belə nəcib ideyalara ehtiyac duymurlar və öz işlərini sırf epoistik motivlər çərçivəsində həyata keçirə bilərlər.
Bununla yanaşı onun sitatları içərisində “görünməz əl” ideyasına da rast gəlmək olar. Bu gün bu ifadə “ən yaxşı nailiyyətlərə yalnızca şəxsi maraqlarla nail olmaq olar” ideyasının təsdiqi kimi çıxış edir. Lakin bu yalnış təhrifdir. “Görünməz əl” ifadəsi şotlandiyalı filosof tərəfindən yalnız üç dəfə istifadə edilib və XVIII əsr iqtisadi ədəbiyyat eksperti Emma Rotşildin bildirdiyinə görə bu ifadə ironik xarakter daşıyıb.
Eyni şeyi onun eqoizmi ilə də bağlı demək olar. Sidney universitetinin professoru Toni Aspromorqusun sözlərinə görə, Smitin əmək bölgüsü ilə bağlı ideyaları inqilabi idi. O “Xalqların zənginliyi” kitabında sancağ zavodunu nümunə olaraq təsvir etmişdir: “10 insan bir gün ərzində 48 min sancaq istehsal edə bildi. Və əgər onlar fərdi şəkildə işləsəydilər heç şübhəsiz ki, bir günə nəinki 20 hətta 1 sancaq belə düzəldə bilməzdilər.
Digər sözlərlə desək, uğurlu biznesin sirri “düzgün əmək bölgüsündədir”. Lakin Smitin fikirlərinə görə heç də hər şey mükəmməl deyil və əmək bölgüsü ayrı-ayrı şəxslərlə yanaşı, cəmiyyətə də ziyan gətirə bilər. O “cəmiyyətin bölünməsinə” məhdudiyyətlər qoyulmasını təklif etdmişdi və bildirmişdi ki, bu müxtəlif siniflərə məxsus insanları birləşdirməyə kömək edəcək.