-1 C
Baku
Monday, February 24, 2025

Adambaşına düşən gəlir on bir ayda 7 319 manata qalxıb

Azərbaycanda 2024-cü ilin ilk 11 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 5.8 faiz artaraq  7 319.4 manat (hər aya ortalama 665 manat) təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin nominal gəlirləri ümumilikdə 74 milyard 670.8 milyon manat olmaqla keçən ilin eyni dövrünü 6.3 faiz üstələyib.

Nominal gəlir dedikdə, gəlirin real dəyəri deyil, cari qiymətlərlə ifadə olunan məbləği nəzərdə tutulur. Məsələn, inflyasiya nəzərə alınmadan, əmək haqqı, sahibkarlıq gəlirləri və digər mənbələrdən əldə olunan vəsaitlər nominal gəlirə daxildir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər ölkədə əldə olunan ümumi gəlirlərin əhalinin sayına bölünməsi ilə hesablanan göstəricidir. Bu göstərici pul ifadəsində olur və vergi və digər xərclər nəzərə alınmadan, ümumi gəliri göstərir.

Ölkədə 1 noyabr 2024-cü il tarixinə 10 milyon 218.5 milyon manat əhali olmaqla ümumilikdə 11 aya 53 milyard 867.7 milyon manat pərakəndə ticarətə xərcləyib.

Ölkədə qida, enerji, geyimdən tutmuş avtomobil xərclərini ölçən istehlak qiymətləri indeksi öncəki ili düz 4.4 faiz üstələyib. Yəni ölkədə manatın alıcılıq qabiliyyəti cəmi 4.4 illik müqayisədə aşağı olub.

Ölkədə ən çox bahalaşan isə ödənişli xidmətlər olub – 6 faiz.

Son xəbərlər
Digər xəbərlər