11 C
Baku
Sunday, November 17, 2024

Adambaşına maliyyələşmə modeli kiçik məktəblərə şamil edilməyəcək

Adambaşına maliyyələşmə modelinin tətbiq olunması üçün böyük məktəblər seçiləcək.

Bunu elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.

O bildirib ki, layihənin pilot olaraq tətbiq edilməsi üçün kiçik məktəblər seçilməyəcək. Hazırda konkret bir məktəb seçilməyib:

“Təcrübəyə baxdıqda bu tip adambaşına maliyyələşmə layihəsinin məktəblərin rasionallaşmasına gətirib çıxardığını görürük. Kiçik məktəblərdə ayrılan maliyyə vəsaiti şagird sayının az olmasına görə az olur. Belə olan hallarda yaxın məktəblər birləşdirilə bilər”

O, həmçinin əlavə edib ki, adambaşına maliyyələşmə məktəblərin muxtariyyatını artırır, lakin eyni zamanda onların məsuliyyətini də artırır:

“Bu məsələ məktəb rəhbərlərindən büdcə idarəetməsi kimi bacarıqlar tələb edir. Bu, pilot layihə gedişində onlara müvafiq təlimlər mütləq veriləcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər