“Adani Group” şirkətləri qrupu baza manipulyasiyalarında və fırıldaqçılıqda ittiham edildiyinə görə həftə ərzində ümumilikdə təxminən 93 milyard dollar dəyər itirib, Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.
Bildirilir ki, dörd şirkətin səhmləri kəskin ucuzlaşıb: “Adani Enterprises” – 28.5%, “Adani Total Gas Ltd.” – 10%, “Adani Green Energy Ltd” – 5.8%, “Adani Power Ltd.” – 5%.
Ötən həftəsonu “Adani” investorların inamını bərpa etmək üçün Hindenburqun iddialarına 413 səhifəlik cavab yayımlayıb.
“Adani Group” müxtəlif sahələrdə – kömür hasilatı və enerjidən tutmuş bərpa olunan enerjiyə, hava limanlarına, mətbuat mərkəzlərinə və mediaya qədər geniş spektrli aktivləri bir araya gətirir.