6 C
Baku
Sunday, December 15, 2024

Adaptasiya olunma qabiliyyətinə görə beş ən qabaqcıl kompaniya

daptasiya və sağ qalmaq uğrunda mübarizə adətən əl-ələ tutaraq hərəkət edirlər. Doğrudan da, Coka-Cola kimi şirkətlərin timsalında belə bir nəticəyə gəlmək olar ki, əgər adaptasiyanı həddən artıq yaxşı bir şəkildə həyata keçirə bilsən, on illərlə bitməyən uğurundan həzz almaq imkanın olacaq. Digər böyük şirkətlər üçün isə davamlı inkişaf, onların menecment komandalarının öz şirkətlərinin gələcəyini fərqli görmək niyyətlərinin və bundan ötrü qorxmadan geniş miqyaslı dəyişikliklər etmək təşəbbüslərinin məhsuldur.

1. DuPont

Əgər biz vaxtın tələbi ilə adaptasiya olunan şirkətlərdən söz açmışıqsa, bu sırada adını çəkməli olduğumuz ilk şirkət DuPontdur. İndi dünyanın ən böyük kimyəvi məhsullar şirkəti kimi tanınan DuPont, öz başlanğıc illərində barıt istehsalı ilə məşğul olmuşdur. Barıt biznesində  DuPont xeyli uğura imza atmış, faktiki vətəndaş müharibəsi illərində ittifaqın barıta olan ehtiyacının yarısına qədərini məhz bu sözü gedən şirkət təchiz etmişdir.

Özünün ilk məhsulları olan partlayıcı maddələrdə qazandığı uğura baxmayaraq, DuPont getdikcə yeni məhsulların buraxılışına da yer verirdi O, ilk polistirol, neylon, teflon, fenotiazin insektisidlərin (zərərverici həşəratı qırmaq üçün kimyəvi maddələr) ixtirasına qədər müxtəlif  laklar və sintetik kauçuk istehsal etmişdi. Öz inkişaf yolu ərzində şirkət müxtəlif yeni sintetik və plastik maddələrin yaradıcı oldu, lakin o, eyni zamanda tarla bitkilərinin becərilməsində gərəkli olan toxum və gübrə, sağlamlığa qulluq, elektronika avadanlıqları və qida məhsulları istehsalı ilə də məşğul olurdu. Əksər hallarda DuPont hər hansı bir yeni məhsulu və ya tərkibi tədqiq etməkdə ən öncül  yerlərdən birini tutur. Bundan əlavə şirkət öz yaşına və ölçüsündə görə çox nadir sayıla bilən  R&D (Araşdırma və Tədqiqat) departamentinə maliyyə dəstəyi ayırmaqda davam edir.

hewlett packard1

2. Hewlett-Packard

Palo Alto-da öz əfsanəvi başlanğıcını adı bir qarajdan götürən Hewlett-Packard uzun illər ərzində həddən artıq dəyişikliklərə məruz qalmışdır. İlk öncə səs ossilyatorları ilə  (müvazinətin vəziyyətinə görə ehtizazlar əmələ gətirən sistem) fəaliyyətə başlayan şirkət çox keçmədən elektronika ölçü cihazlarının istehsalı sahəsində sürətlə genişlənir və voltmetr, ossiloskop, dalğa analizatorları və bu tipdə digər məhsullar istehsal etməyə başlayır. 1960-cı və 1970-ci illərə qədər HP əslində bugünkü görkəmindən çox uzaq idi və onun bizim indi tanıdığımız HP-yə çevrilməsi üçün hələ çox dəyişikliklər lazım idi (1999-cu ildə elektronika ölçü cihazlarının istehsalı Agilentin tərkibində ayrıldı (NYSE:A) . Buna görə də şirkət əlavə olaraq kompüter və kalkulyator kimi məhsulların istehsalını da başladı, 1980, 1990 və 2000-ci illərdə printer, yaddaş kartları və digər xidmətlərin satışını da həyata keçirtdi.

barkshair3. Berkshire Hathaway

Uorren Buffett haqqında çox saylı yazıların əksər hissəsi onu tərs, inadcıl və mühitə uyuşa bilməyən bir insan kimi xarakterizə edir, lakin bu deyilənlər onun  Berkshire Hathaway (NYSE:BRK.A) müəssisəsinə rəhbərlik etdiyi dövrə dair akt yazılarına heç də uyğun gəlmir. Özünün bir neçə investisiya əməkdaşlıqlarını 1962-ci ildə bir müəssisədə birləşdirdikdən son Mr. Buffett Berkshire Hathawayın toxuculuq anbar və dükanlarını öz əlində toplamağa başladı. Buffett toxuculuq sənayesində irəli getməyə çalışdığı vaxt ərzində, həmçinin öz sərmayələrini digər sahələrə yatırmağa da çalışırdı. Bu sahələrdən biri də sığorta idi. Buffett başa düşmüşdü ki, toxuculuq biznesinin perspektivləri heç də bir zamanlar onun düşündüyü kimi ürəkaçan deyil.

1970-ci və 1980-ci illər ərzində Buffett Berkshire çətiri altında getdikcə daha çox sığorta əməliyyatları cəmləməyə nail olmuşdu. Həmçinin o, Vaşinqton Postda və Coca-Colada investisiya mövqeyi ələ keçirtmişdi. Berkshire Hathaway geyim sənayesində öz mövqeyini qoruyub saxlamaq ilə yanaşı, inşaat məhsulları, pərakəndə satış, texniki təchizat, kommunal və dəmir yolu sahələrində da nəzərə çarpacaq qədər irəliləmişdi.

apple%2034

4 Apple

Əgər siz kimdənsə Apple deyəndə ağılına ilk olaraq nə gəldiyini soruşsanız, cavabdan asılı olaraq həmin insanın neçə yaşda olması haqqında çox şey söyləyə bilərsiniz. 1985-ci ildən öncə dünyaya gəlmiş insanlar istər-istəməz Apple haqqında  kompüter şirkəti – personal kompüterlərin istehsalında pioner bir müəssisə və bu gündə öz məşhurluğunu itirməyən “Mac” brendinin yaradıcısı kimi düşünəcəkdir. Baxmayaraq ki, Apple hələ də kompüter firması olaraq qalır, şirkətin bu biznesə davam edəcəyi böyük sual altındadır.

Onların iPod üzərində işləməsi cəmi bir il olsa da, bu məhsulun buraxılışı şirkətdə radikal dəyişikliklərə səbəb olmuşdur. Bu kiçik daşınan media-pleyerin uğuruna əsaslanaraq, Apple touchscreen smartphone sənayesini çox effektivliklə qura bildi və bunu ardınca isə portativ kompüter (tablet computer) anlayışını real məhsula və həqiqi uğura çevirdi. Bir vaxtlar sadəcə kompüter firması olan Apple indi  məişət elektronika sahəsində ən nəhənglərdən biridir. Heç kəs Apple şirkətinin istiqamət alacağı növbəti ünvanın ənənəvi kompüter məkanında olacağını gözləmir.

5. Samsung Group

Samsung Group kompaniyası Cənubi Koreyanın ən böyük konsernlərindən biridir, onun əsası 1938-ci ildə qoyulub. Dünya bazarında qabaqcıl texnologiyalı komponentlərin, telekommunikasiya avadanlıqlarının, məişət texnikasının, həmçinin audio-video qurğuların  istehsalçısı kimi məşhurdur.

«Samsung» sözünü əslində transkripsiya qaydalarına uyğun yazsaq, o «samson» kimi səslənməlidir. Koreyan dilində tərcümədə bu söz «üç ulduz» deməkdir. Ola bilsin ki, adın belə seçilməsi Samsung kompaniyasının yaradıcısı Li Byon Çxolun üç oğlunun olması ilə əlaqədardır. Onun kiçik oğlu Li Qon Xi 2008-ci ilə qədər kompaniyaya başçılıq etmişdir. Əslində Şərq miras adətlərinə görə atadan sonra məhz böyük oğul ailə sərvətinin böyük bir hissəsinə sahib çıxır və şirkətləri idarə edir, amma göründüyü kimi Samsung-da bu ənənə pozulub.

Samsung Group konserninə daxil olan kompaniyalar elektronika və mikroelektronika, kimya sənayesi, tikinti, avtomobil qayırma, ağır sənaye, maliyyə, kredit və sığorta işləri ilə məşğuldur. Kompaniyanın strukturu özündə bütün istehsal tsiklini əhatə edir, resursların əldə edilməsi –mədən sənayesi, emal və məhsulun özünün son görkəminə düşməsi, yəni hazır məmulatların istehsalı.

Qeyd edək ki, kompüter yaddaşı, mobil telefon və televizor istehsalına görə dünya lideri olan Samsung kompaniyası cari ilin ikinci rübü ərzində mənfəətinin 80 faiz artdığını bəyan edib, İlkin məlumatlara görə mənfəət 6,5-6,9 trilyon von (5,7-6,1 milyard dollar) təşkil edir ki, bu da rekord göstəricidir.

Ötən ilin analoji dövrü ilə müqayisədə Samsung-un rüblük mənfəəti 38 faiz artmışdır. Artım ilk növbədə Galaxy smartfonlarının sayəsində, daha doğrusu bu müddət ərzində bazara çıxan Galaxy S III modelin satışı ilə əlaqədar baş vermişdir. Smartfonların istehsalı ilə məşğul olan bölmə kompaniyanın mənfəətinin 60%-ni təmin etmiş, həm də rekord göstəricilərə -6,72 trilyon von (5,8 milyard dollar) nail olmuşdur. Kompaniyanın gəlirləri 47,6 trilyon von (təxminən 41,5 milyard dollar) təşkil etmişdir.

Qeyri rəsmi məlumatlara görə, Samsung öz sosial xidmətini işə buraxmağı planlaşdırır. O hal-hazırda dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook ilə rəqabətə girmək əzmindədir. Kompaniyada hal-hazırda proyekt “Samsung Facebook” gizli kod adı altında həyata keçirilir. Nəhəng elektronika istehsalçısı tərəfindən işə salınan bu proyektin -əsas üstünlüyü elə ilk başdan çox müxtəlif və rəngarəng tərkibli, internetə girişi olan texnikadan istifadə edə bilməsidir, bura videokameralar, televizorlar və Bluray-pleyerləri daxildir. Servisdən müxtəlif platformalı mobil telefonlarda yararlanmaq mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər