4 C
Baku
Saturday, February 24, 2024

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:

“Zaryadka” – “Yükləmə”,
“Adapter” – “Yükləyici”,
“Embarqo” – “Qadağa”,
“Evakuasiya” – “Köçürülmə”,
“Proqnoz” – “Öncəgörmə”,
“Konsensus” – “Yekdillik”,
“Kserokopiya” – “Üzçıxarma”,
“Like” – “Bəyənmə”,
“Mesaj” – “İsmarıc” kimi təsdiqlənib.

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər