10 C
Baku
Tuesday, April 15, 2025

ADB 2026-cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir

Azərbaycanın dövlət büdcəsinin kəsiri 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2%-nə qədər enəcək.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilib.

Cari ildə isə büdcə kəsirinin ölkənin ÜDM-nin 2,4%-ni təşkil edəcəyi gözlənilir.

“Büdcə gəlirləri ÜDM-in 30% səviyyəsində proqnozlaşdırılır. Onların strukturunda vergi daxilolmaları 12%, qeyri-vergi gəlirləri 7%, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər isə 11% təşkil edəcək”, – hesabatda qeyd olunub.

Proqnoza görə, büdcə xərcləri ÜDM-in 32%-nə çatacaq.

“Bunlardan 19% cari xərclərə, 11% isə kapital qoyuluşlarına yönəldiləcək. Sosial müdafiə və dəstək xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2%-nə qədər enəcəyi gözlənilir”, – ADB-nin hesabatında bildirib.

2024-cü ilin yekunlarına görə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0,0004%-ni təşkil edib, bu ilin yanvar-fevral aylarında isə dövlət büdcəsinin profisiti ÜDM-in 7,2%-nə çatıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər