24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

ADB Azərbaycana ilk özəl sektor üçün aqrobiznes krediti ayırıb

Screen Shot 2021 09 02 at 14.34.20

Asiya İnkişaf Bankı (ADB) və “Avrora” MMC koronavirus (COVID-19) pandemiyası zamanı işçilərin, fermerlərin və pərakəndə satıcıların fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirini təşviq etmək üçün 5,9 milyon ABŞ dollarlıq kredit sazişi imzalayıb.

Bu barədə ADB-yə istinadən xəbər verilir.

Məlumata görə, bu, ADB-nin Azərbaycanda ilk özəl sektorda fəaliyyət göstərən aqrobiznesa yardımı olan kredit, şirkətin fəaliyyətini davam etdirməklə yanaşı, həmçinin 3 minə yaxın işçiyə, 1,5 minə yaxın fermer və ferma işçisinə, o cümlədən 12 min ailəyə məxsus kənd mağazasına fayda verəcək. Bundan başqa, maliyyələşmə “Avrora”nın əsas buğda və süd məhsullarının istehsalına və 2 milyondan çox insana paylanmasına kömək edəcək.

ADB-nin Özəl Sektor Əməliyyatı üzrə Baş direktoru Suzanna Gabouri: “COVID-19, qida tədarük zəncirini ciddi şəkildə pozub, pərakəndə satıcıların və fermerlərin gəlirlərini azaldıb, qida istehsalını və paylanmasını riskə atıb”.

Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə yaranıb. Onun 49-u regiondan olmaqla 68 üzvü var.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər