10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

ADB Azərbaycanda 3-4 min dollar maaşa ekspertlər axtarır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Dəmir yolunun İnkişaf Proqramı çərçivəsində yerli ekspertlər üçün 3 yeni vakansiya elan edib. Hər 3 vakansiya üzrə əmək müqaviləsinin müddəti 9 ay nəzərdə tutulub.

Fərdi Konsultant Seçimi (ICS) metodu əsasında keçirilən müsabiqənin qaliblərinin oktyabrın 3-də işə başlaması nəzərdə tutulub.

Manila vaxtı ilə avqustun 30-u saat 11:59-da bitəcək birinci elan üzrə Siyasi İslahatların Koordinasiyası üzrə Ekspert tələb olunur. Seçiləcək koordinator üçün ümumilikdə 38 998 ABŞ dolları ödəniş edilməsi nəzərdə tutulub.

Digər iki vakansiya üzrə elanın bitmə tarixi isə avqustun 29-u Manila vaxtı ilə saat 11:59 müəyyən edilib. Onlardan biri üzrə hüquqşünas, digəri üzrə isə maliyyə meneceri axtarılır.

ADB ümumilikdə hüquqşünasa 36 853 dollar, maliyyə menecerinə isə 30 846 dollar vəsait ödəmək fikrindədir.

Hər 3 vakansiya üzrə məsul şəxs ADB-nin nəqliyyat layihələri üzrə nümayəndəsi Jenq Vu (Zheng Wu), agent qurum kimi isə “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilib.

Report

Son xəbərlər
Oxşar xəbərlər