25 C
Baku
Saturday, July 27, 2024

ADB: Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ÜDM-in 26.2%-nə çatacaq

Bu il Azərbaycanda cari əməliyyatlar hesabının (CƏH) profisiti ÜDM-in 26.2%-nə çatacaq.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının sentyabr sayında bildirilib. Bu isə ADB-nin aprel proqnozu ilə müqayisədə 6% bəndi çoxdur.

Bank cari əməliyyatlar hesabının ÜDM-də profisi ilə bağlı 2023-ci il proqnozunu isə 16.9%-dən 21.2%-ə kimi artırıb.

Sənəddə bildirilib ki, 2022-ci ilin birinci rübündə neftin qiymətinin daha da artması ilə ÜDM-in 22.4%-nə bərabər profisit əldə edilib. Daha yüksək neft qiymətləri 2022-ci ilin birinci rübündə ixracın 8.1% artması ilə ticarət profisitini 2021-ci ilin eyni dövründəki 3.1 milyard dollardan 5.4 milyard dollara yüksəldib.

“Neft qiymətlərinin yüksəlməsinin cari əməliyyatlar hesabının profisiti ilin qalan hissəsində yüksək səviyyədə saxlayacağı gözlənilir. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin birinci rübündə 0.5 faiz artaraq 45.3 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 83 faizinə bərabərdir. Bu inkişafla əlaqədar olaraq, ADB 2022 və 2023-cü illərdə cari əməliyyatlar hesabının profisitinin artacağını proqnozlaşdırır”, – deyə hesabatda qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər