15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

ADB Azərbaycanda energetika sahəsinə texniki yardım göstərəcək

faizlere

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının  (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030 çərçivəsində Regional elektrik enerjisinin və qaz əlaqəsinin və ticarətin  genişlənməsinin dəstəklənməsi ilə bağlı texniki dəstək layihəsi həyata keçirəcək.

Layihənin büdcəsi 2,50 milyon ABŞ dollarıdır. Layihə Azərbaycan, Əfqanıstan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monoqlustan, Pakistan,Türkmənistan, Tacikistan, Özbəkistanda icra ediləcək.  Layihə iyulun 15-də təsdiq edilib, 2022-ci il 30 iyunda başa çatacaq. Texniki dəstək proqramı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (Central Asia Regional Economic Cooperation- CAREC) Enerji Strategiyası 2030-un reallaşdırılmasını dəstəkləyəcək.

Layihə regional enerji bağlantısını, geniş miqyaslı investisiyaları,  CAREC ölkələrin energetika sahəsində   daha yüksəkdavamlılığını və inklüzivliliyinidəstəkləyəcək. Bu məqsədlərə nail olmaqüçün  Regional Transmissiya Əməkdaşlığı Assosiyasının yaradılması üçün hazırlıq işləri görəcək, bazar islahatlarını həyatakeçirmək və investorları cəlb etmək üçünhökumətlərin potensialını daha dagücləndirəcək, yaşıl enerji üçünmaliyyələşdirmə vasitəsi yaradacaq,  qadınların enerji sektorunda iştirakını artırmaq üçün enerji proqramı yaradacaq, enerji səmərəliliyi üçün istehlakçı savadlılığının artıracaq. Bu fəaliyyətlərinregional enerji təhlükəsizliyini və əməkdaşlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırması gözlənilir. Layihə  regional əməkdaşlıq və inteqrasiya 2019-2024-cü illər üçün Əməliyyat Planına tam uyğundur. Bu, ölkələr arasında davamlı əməkdaşlığı, ticarəti, investisiya qoyuluşunu dəstəkləyir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər