27 C
Baku
Friday, July 19, 2024

ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”

Azərbaycanda ən azı 2026-cı ilə qədər milli valyutanın ABŞ dollarına bağlılığının saxlanacağı gözlənilir, çünki manata təzyiq xeyli azalacaq, Dövlət Neft Fondunun aktivləri isə xarici valyutaya tələbi qarşılamaq üçün kifayət edəcək.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında deyilir.

Bank Azərbaycan Mərkəzi Bankının inflyasiyaya nəzarət etmək üçün 2017-ci ildə milli valyutanı ABŞ dollarına bağlılığının 1.7 manat səviyyəsində müəyyən etdiyini xatırladıb.

ADB-nin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2022-ci ildə 5.2 %, 2023-cü ildə 4 %, 2024-cü ildə 3.3 %, 2025-ci ildə 2.9 %, 2026-cı ildə 3.2 % olacaq. 2021-ci ildə ölkədə istehlak qiymətlərinin artımı 11.5 % təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər