17 C
Baku
Şənbə, Oktyabr 16, 2021

ADB Azərbaycanda nəqliyyat sektorunun inkişafını dəstəkləyəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Təhlükəsizlik, Data və Yaşıl”  koronavirus pandemiyasından zərər görmüş nəqliyyat sektorunun davamlı inkişafını təmin edəcək üçün açar sözlərdir.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsugu Asakava bu gün keçirilən yeddinci Asiya və Sakit Okean Nəqliyyat Forumunda deyib.

Onun sözlərinə görə, pandemiya nəqliyyat sektoruna illərlə hiss ediləcək böyük bir zərbə vurdu: “Biz hazırda pandemiyanın yaratdığı mənfi təsirləri azaltmağa köklənməliyik.

İqtisadiyyat mövcud vəziyyətə uyğunlaşmağı və nəqliyyat xidmətlərini canlandırmağı bacarmalıdır. Eyni zamanda, koronavuris pandemiyasından əvvəl mövcud olan çağırışlar hələ də fəaliyyət tələb edir. Həmin məsələlərə infrastruktur, yol təhlükəsizliyi , yük daşıma və ictimai nəqliyyatla bağlı çağırışlar daxildir. Qısa müddət ərzində ictimai nəqliyyat istifadəçilərini təhlükəsizliyə inandırmaq və ictimai etimadı bərpa etmək üçün böyük təşəbbüs lazımdır. Pandemiyanın inkişaf edən vəziyyətini tam şəkildə anlamaq üçün və layihələrin iqtisadi inkişafı ilə bağlı məlumatlandırmaq üçün Data (Data analizi xam məlumatları əldə edərək, onları istifadəçilərin qərar verməsi ilə yararlı vəziyyətə gətirmək üçün istifadə edilən bir prosesdi) tələb edilir.

Yaşıl nəqliyyatı inkişaf etdirmək üçün bir çox imkanlar var. Məsələn, tətbiqlərə, yeniliklərə əsaslanan çatdırılma xidməti həyatın bir xüsusiyyəti halına gəldi, ancaq sıxlıq və ətraf mühitin çirkləndirməsi riskini artırdı. Bunu həll etmək üçün davamlılığa yönələn yaşıl bərpa prosesini təşviq etməliyik. Seçimlərdən biri elektrikli nəqliyyat vasitələrinə keçidi dəstəkləməkdir.

ADB Asiya ölkələrində gəzinti və velosiped idmanını inkişaf etdirilməsi, logistika və təchizat zəncirlərinin səmərəliliyini artırılması ilə bağlı fürsət görür. Bu ilin ilk birinci yarısında ADB nəqliyyat sektorunun bərpa və investisiya qoyuluşunu dəstəkləmək üçün geniş layihələrə investisiya yatırıb. Həmin layihələrə
Pakistanın Kəraçi şəhərində sürətli nəqliyyat sistemi və Kiribatidə adalararası nəqliyyat üçün 235 milyon ABŞ dolları dəyərində vəsaitin ayrılması aiddir”.

O əlavə edib ki, ADB quruma üzv olan inkişaf etməkdə olan ölkələri bu çətin və qeyri-müəyyən dövrdə dəstəkləyir: “ADB koronavirus pandemiyasına sürətli cavab verdi, belə ki 20 milyard ABŞ dollarlıq hərtərəfli yardım paketi ayırdı. Bu, üç hissədən ibarət idi. Birincisi, qrantlar və texniki yardım dəstək proqramları təcili həll tələb edən səhiyyə böhranına ünvanlandı. Ventilyasiya cihazlarına, test dəstlərinə və fərdi qoruyucu vasitələrə olan ehtiyacları ödəmək əsas hədəf olaraq müəyyənləşdi.

Pandemiyaya cavab variantları adlı yeni maliyyələşdirmə modulu çərçivəsində sürətli şəkildə ayrılan büdcə dəstəyini təqdim edirik. Bununla yanaşı, biz özəl sektorun fəaliyyətlərini davam etdirmək üçün və pandemiyanın mövcud olduğu şəraitdə şirkətlərin əməkdaşlarının məşğulluğunu təmin etmək üçün dəstəyimizi davam etdiririk. Bu günə olan məlumata görə, biz hərtərəfli paketin 9,3 milyard ABŞ dolları dəyərində məbləği icra edilib.

Həmin məbləğin 7 milyard ABŞ dolları 17 ölkə və 1,3 milyard ABŞ dolları isə özəl sektorun dəstəklənməsi üçün ayrılıb. Bundan əlavə, ADB pandemiyanın ictimai nəqliyyata, aviasiya və logistika sahələrinə maliyyə təsirlərini azaltmaq üçün bu istiqamətdə görüləcək tədbirləri araşdırır. Biz nəqliyyat infrastrukturunun və xidmətlərinin inkişafına ehtiyac olması ilə bağlı məlumatlıyıq. Biz hökumət və özəl sektorun dəstəklənməsi ilə bağlı səylərimizi davam etdirəcəyik”.

Forum avqustun 24-dən 28-dək davam edəcək. Forumda 1 200-dən çox insan iştirak edir.

Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollara yaxın vəsait alıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər