27 C
Baku
Saturday, June 22, 2024

ADB Azərbaycan bank sektorundakı konsolidasiya prosesini dəstəkləyib

Azərbaycan hökumətinin kapital tələbini ödəməyən bankların bağlanması ilə bağlı verdiyi qərar və bankların konsolidasiyasını tezləşdirməsi bank sistemini gücləndirməklə bərabər kapitallaşmanı artıra və xərcləri azalda bilər. Bu barədə Asiya İnkişaf Bankının (ADB) açıqladığı hesabatda deyilir.

Bankın analitikləri hesab edir ki, bir neçə güclü və daha səmərəli bankın yaranması sektorun daha çox rəqabətli olmasına gətirib çıxara bilər: “Hökumətin bank sektorundakı iştirakını azaltmaq üçün görülən tədbirlər də vəziyyəti o halda yaxşılaşdıra bilər ki, bunlar rəqabəti azaltmağa deyil, çoxaltmağa xidmət etsin”.

APA-Economics

Son xəbərlər
 ⁠
Digər xəbərlər