-1 C
Baku
Sunday, December 15, 2024

ADB Azərbaycan manatında növbəti dəfə istiqraz buraxıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın milli valyutası ilə ikinci gender istiqrazlarının buraxılması çərçivəsində 19.5 milyon manat (təxminən 11.5 milyon ABŞ dolları) cəlb edib.

ADB-nin məlumatına əsasən, istiqrazların buraxılmasının əsas məqsədi qadınların kreditə çıxış imkanlarını artırmaq və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verməkdir.

İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır. İstiqrazların tədavül müddəti 3 ildir, kupon ödənişi yarımildə 1 dəfə olmaqla illik 6.25% ödəniləcək.

İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Merrill Lynch International” tərəfindən təşkil olunub və istiqrazlar bir avropalı investor tərəfindən alınıb.

“İnvestorların milli valyutada olan istiqrazlara beynəlxalq səviyyədə tələbatı biz borclanma proqramımızın valyuta strukturunu genişləndirməyə çalışarkən ADB-nin maliyyə resurslarının inkişaf etməkdə olan üzv ölkələrimizdə milli valyuta əməliyyatları üçün səfərbər edilməsində əsas rol oynayır”, – ADB-nin xəzinədar köməkçisi Mariya Lomotan bildirib.

Bu, ADB-nin Azərbaycan manatı ilə buraxdığı sayca üçüncü istiqrazdır. 2023-cü ildə bank iki istiqraz emissiyası vasitəsilə 8.4 milyon manat (4.9 milyon ABŞ dolları) və 14.5 milyon manat (8.5 milyon ABŞ dolları) cəlb edib.

2023-cü ildə ADB manat (Azərbaycan), yuan (Çin), lari (Gürcüstan), təngə (Qazaxıstan) və tuqrik (Monqolustan) kimi milli valyutalarda 12 istiqraz buraxıb.

ADB 1966-cı ildə yaradılıb və onun 49-u regiondan olmaqla, 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər