17 C
Baku
Tuesday, October 15, 2024

ADB Bakıda üzən günəş stansiyalarının tikintisi layihəsini genişləndirə bilər

Asiya İnkişaf Bankı (ADB) Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihəsini genişləndirə bilər.

Banker.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Kandis MakDiqan (Candice McDeigan) deyib.

“Böyükşor” üzən günəş stansiyası layihəsi innovativ layihədir. Bu pilot layihədir və hazırda kiçik miqyasda həyata keçirilir. Layihə Azərbaycanda daha bir alternativ enerji mənbəyinə çevriləcək”, – K.MakDiqan bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində günəş panelləri artıq Bakıya gətirilib və yaxın bir neçə ay ərzində onların quraşdırılmasının gözləyirik: “Daha sonra günəş enerjisi layihəsinin nə qədər uğurlu olduğuna baxacağıq və lazım gələrsə, həmin layihəni genişləndirəcəyik”.

Xatırladaq ki, üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətində istismarı və texniki xidmətlərini “Gamma Solutions” şirkəti göstərir.

Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər