Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0.3 faiz bəndi artıraraq 2.2 %-ə çatdırıb.
Bu barədə ADB-nin yenilənmiş “Asiya İnkişaf Baxışı” hesabatında bildirilib.
Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2.5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.
Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3.4 % böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq 6.5 % və 3.7 % səviyyəsində olması proqnozlaşdırır.