Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 3,8% səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da iyun ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi, aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi çoxdur.
bankın yenilənmiş “Asian Devolopment Outlook 2020” hesabatının 2020-ci il sentyabr buraxılışına əsasən, gələn il isə Azərbaycanda inflyasiya aprel və iyun aylarında 3,5% səviyyəsində verilən proqnoza qarşı, yenilənmiş hesabatda 3,2% səviyyəsində reallaşacağı proqnozlaşdırılır.
Ümumilikdə bu il Mərkəzi Asiya regionunda inflyasiyanın 8,3% (aprel proqnozunda 7,6%, iyunda isə 8%), gələn il isə 6% (aprel proqnozunda 6,3%, iyunda isə 6,6%) səviyyəsində olacağı gözlənilir.
Bu il region ölkələrindən Gürcüstanda inflyasiya 6% (aprel proqnozunda 4,5%, iyunda isə 5%), Qazaxıstanda isə 7,7% (6% və 7,9% müvafiq olaraq) səviyyəsində olacağı gözlənilir. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4,5% və 6,2% səviyyəsində qərarlaşacaq.
Hesabata əsasən, bu il təklifdəki məhdudiyyətlərin tələbin azalmasını üstələdiyi üçün Mərkəzi Asiya Regionun inflyasiya gözləntiləri artırılır.