Bu il Gürcüstan iqtisadiyyatının 3,5 % artacağı gözlənilir.
Bu bardə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.
Proqnoza əsasən, 2022-ci ildə qonşu ölkədə ÜDM 6 % artacaq.
Sənəddə Gürcüstan iqtisadiyyatının turizmdən asılı olduğu qeyd olunub: “Koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması 2021-ci ildə Gürcüstanın iqtisadi artımını bərpa etməli, 2022-ci ildə isə prosesi daha da sürətləndirməlidir”.
Bank bu il qonşu ölkədə inflyasiyanın 5 %-dək, gələn il isə 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.