16 C
Baku
Wednesday, May 8, 2024

ADB Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu yüksəldib

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiyada inflyasiya proqnozlarını, əsasən Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Tacikistan və Türkmənistandakı son qiymət dəyişikliklərini əks etdirərək, bu il üçün 7,7 %-dən 8,6 %-dək yüksəldib.

Bu barədə ADB-nin hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, gələn il üçün isə inflyasiya proqnozu 6,7 %-dən 7,3 %-ə yüksəlib.

ADB bildirir ki, Azərbaycanda inflyasiya, bu ilin 10 ayında elektrik enerjisi və təbii qaz tariflərinin artırılması və karantin rejiminin yumşaldılması pərakəndə satış bazarındakı qiymətlərə əlavə təzyiq yaratdığı üçün inflyasiya 5,7 %-ə çatıb.

Gürcüstanda qlobal ərzaq və neft qiymətlərinin artması və kommunal xidmət tariflərinin artması nəticəsində illik inflyasiya 12,8 %-ə qədər sürətlənib. Qazaxıstanda bu ilin ilk 10 ayında orta inflyasiya 7,9 % olub, ərzaq qiymətləri isə 10,8 % artıb.

Ermənistanda təklifdə yaşanan şoklar, qlobal əmtəə qiymətlərinin artması və 2020-ci ilin oktyabrından 2021-ci ilin aprel ayına qədər olan dövrdə milli valyutasındakı ucuzlaşma səbəbi ilə, bu ilin 10 ayında infyasiya 6,9 %-ə yüksəlib.

Tacikistanda inflyasiya bu ilin 9 ayında mövsümi amilləri və pandemiya ilə bağlı xarici təklif şoklarının təsiri ilə 9,6 %-ə çatıb.

Türkmənistanda 2020-ci ildə ticarətdə yaşanan kəsintilər idxalı əngəlləyərək, ərzaq və digər malların qıtlığına səbəb olub, istehlak qiymətləri artımının 2021-ci ildə də davam etməsinə səbəb olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər