Asiya İnkişaf Bankı Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.
Banker.az xəbər verir ki, bu barədə ADB-nin press relizində bildirilir.
Leah Gutierrezi ADB-nin Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistan və da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür.