3 C
Baku
Tuesday, February 27, 2024

ADB: Manatın sabit məzənnəsi inflyasiyanın artmasının qarşısını alıb

Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması inflyasiyanın daha sürətlə artmasının qarşısını alıb.

Bank bildirib ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda inflyasiya 2021-ci ilin eyni dövründəki 4.3%-dən illik 12.9%-ə yüksəlib. Qlobal ərzaq qiymətlərinin yüksək inflyasiyası da ərzaq qiymətlərini artırıb. 2021-ci ildə yanacaq və digər kommunal xidmətlər üçün tariflərin artırılması xidmət sektorunda da inflyasiyanı artırıb. Sabit məzənnə isə inflyasiyanın daha da sürətlə artmasının qarşısını alıb: “Azərbaycan Mərkəzi Bankı mart ayında faiz uçot dərəcəsini iki addımda 50 baza bəndi artıraraq 7.75%-ə yüksəldib və inflyasiya təzyiqinin azaldılması ilə bu göstəricini iyul ayına qədər saxlayıb”.

Sənəddə bildirilib ki, ilin birinci yarısında inflyasiyanın artmasını nəzərə alaraq Bank 2022-ci il üçün inflyasiya ilə bağlı proqnozunu artırıb. İdarə olunan kommunal qiymətlərin dəyişməz qalacağı gözlənildiyi üçün 2023-cü il üçün inflyasiya proqnozunu isə dəyişməz saxlayıb.

Qeyd edək ki, ADB 2022-ci ildə Azərbaycanda inflyasiyanın 11.5%, gələn il üçün 7% olacağını proqnozlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər