25 C
Baku
Sunday, April 21, 2024

ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu artırıb

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün inflyasiya proqnozunu 2023 və 2024-cü illər üçün 0.3 faiz bəndi artırıb.

Bu barədə ADB-nin Asiya ölkələrinin iqtisadi artım proqnozu ilə bağlı “İnflyasiya ilə güclü inkişaf” adlı hesabatında bildirilib.

Belə ki, inflyasiya proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 10.3 %-dən 10.6 %-ə, 2024-cü il üçün 7.5 %-dən 7.8 %-ə yüksəlib.

Qeyd edilib ki, bunun səbəbi əsasən Qazaxıstanda və Azərbaycanda yüksək inflyasiyanın müşahidə edilməsidir. Belə ki, Qazaxıstanda inflyasiya proqnozu 2023-cü il üçün aprel ayında dərc edilən proqnoza qarşı 11.8 %-dən 12.4 %-ə, 2024-cü il üçün 6.4 %-dən 7.2 %-ə artırılıb.

“Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsinə baxmayaraq, bu ilin ilk 5 ayında inflyasiya 11.5 % səviyyəsində olub. Qazaxıstanda xarici inflyasiya təzyiqləri azalıb. Lakin 2023 və 2024-cü illərdə fiskal siyasətin gücləndirilməsi inflyasiyanın azaldılması səylərinə mane olacaq”, – ADB bildirir.

Həmçinin hesabatda deyilir ki, Gürcüstanda inflyasiya əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin ilk 5 ayında qeyd edilən 13.1 %-dən 1 il sonra 5.4 %-ə, Ermənistanda isə 7.7 %-dən 5.2 %-ə endirilib. Türkmənistanda da azalma tempi qeydə alınıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər