9 C
Baku
Thursday, December 12, 2024

ADB rəsmisi: “Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına təkan verməyə çalışırıq”

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda hökumətlə birgə dövlət – özəl sektor tərəfdaşlığının inkişafı mərkəzi yaratmaq üzərində çalışır.

Bunu açıqlamasında ADB-nin maliyyə və risqli idarəetmə üzrə vise-prezidenti İnqrid van Vees bildirib.

“Biz hökumətin dövlət – özəl sektor tərəfdaşlığına diqqət göstərməsini alqışlayırıq. Bildiyim qədər hökumət bu məsələyə dair əhatəli baxışı və siyasi prinsiplərini ehtiva edən konsepsiya səpgili sənəd hazırlayıb. ADB hökumətlə birgə dövlət – özəl sektor tərəfdaşlığının inkişaflı mərkəzi yaratmaq üzərində çalışaraq layihəyə dair hazırlıq işlərini və sövdələşmələrlə bağlı məsləhət xidmətlərini dəstəkləyir” – deyən ADB vise-prezidenti ötən il hökumət tərəfindən makroiqtisadi sabitlik və struktur islahatlar istiqamətindəki səylərin artmasından sonra ölkədəki özək sektorla daha fəal çalışmağa başladıqlarını dilə gətirib.

“Belə ki, Azərbaycan manatında buraxmağı nəzərdə tutduğumuz istiqrazlarlardan əldə ediləcək vəsaitləri özəl şirkətlərin tələbatlarını ödəməyə sərf etmək niyyətindəyik. Lakin cari fəaliyyətimiz daha genişdir, oraya dövlət – özəl tərəfdaşlığın inkişaf etdirilməsi, ticarətin maliyyələşdirilməsi, aqrobiznes, turizm, bərpa olunan enerji kimi sahələr də var” – deyən ADB nümayəndəsi ixrac-idxal əməliyyatlarını dəstəkləmək üçün Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP – Trade Finance Program) həyata keçirdiklərini qeyd edib.

“TFP təkcə banklara və onların müştərilərinə yox, bütövlükdə ölkə iqtisadiyyatına xeyli üstünlüklər qazandırır. Proqramda iştirak etməyə maraq göstərən bəzi yerli bankların ərizələrini hazırda araşdırırıq. Maliyyə problemlərini, qısamüddətli maliyyə sahəsindəki boşluqları aradan qaldırmaq üçün ADB qeyri-bank maliyyə qurumları da daxil olmaqla əlverişli vasitəçilər üzərindən xüsusilə də ərzaq məhsullarının istehsalı və emalı kimi qeyri-tsikl sahələrdə fəaliyyət göstərən mikro, kiçik, orta müəssisələrini dəstəkləməyə çalışır” – deyə ekspert bildirib.

Report

Son xəbərlər
Digər xəbərlər