7 C
Baku
Sunday, December 15, 2024

“Adidas” günəş enerjisi ilə işləyən qulaqlıqlar təqdim edib

“Adidas” günəş enerjisi ilə işləyən simsiz qulaqlıqlar təqdim edib. Cihaz “Adidas RPT-02 Sol” adını alıb. İstehsalçının qeyd etdiyi kimi, işıqsız, musiqi oxutma rejimində aksesuar 80 saata qədər işləyir. Bununla belə, parlaq günəş tələb olunmur – yataq otağında gecə işığı da daxil olmaqla, süni işıqlandırma ilə belə şarj mümkündür.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, qulaqlıqlar həm də USB Type-C vasitəsilə enerji toplaya bilir. Onlar Bluetooth 5.2 ilə təchiz edilib və toz və sudan qorunmaya malikdir.

“Adidas RPT-02 Sol” 229 dollara satılır. Satışlar avqustun 23-ü başlayır.

Son xəbərlər
Digər xəbərlər