“Adidas” bir müddətdir planları arasında olan “Reebok”un satışını sürətləndirir.
Banker.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Alman idman markası olan “Adidas” qlobal idman məhsulları bazarında öz mövqeyini gücləndirmək üçün “Reebok”un rəsmi satışını sürətləndirdiyini bildirib. “Adidas” bu haqda detalları 10 mart strateji iş planları ilə bağlı müzakirədə açıqlayacaq.
“Reebok”satışı ilə firma 1.2 milyard dollar gəlir əldə edə bilər.
Qeyd edək ki, “Adidas” “Reebok”u 2006-cı ildə 3.8 milyard dollara alıb.