-1 C
Baku
Sunday, December 15, 2024

“Adidas” Rusiyada $100 mln. itirib

Almaniyanın idman geyim markası olan ”Adidas” Rusiyada fəaliyyətinin dayandırılması ilə bağlı itkilərini hesablayıb. İstehsalçının ilin birinci yarısı üçün maliyyə hesabatlarına görə, zərər təxminən 100 milyon dollar təşkil edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Martın 8-də “Adidas” Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiyada mağazalarının işini, eləcə də onlayn satışları dayandırıb. May ayında şirkətin Rusiya bazarına qayıtmaq planları barədə məlumat yayılıb.

Bir çox xarici şirkətlər Ukraynada hərbi xüsusi əməliyyat və Qərbin sanksiyaları fonunda Rusiyada işlərinin dayandırıldığını və ya bu ölkəyə ixracın məhdudlaşdırıldığını bəyan ediblər. Onlar arasında “Intel”, “AMD”, “Microsoft”, “Heineken”, “Booking”, “Airbnb”, “Panasonic”, “Samsung” və s. var.

Məsələn, “Captain Morgan”, “Smirnoff”, “Guinness”, “Baileys” və “Johnnie Walker” brendlərinin sahibi olan “Diageo” alkoqol şirkəti Rusiyadakı itkilərini 178 milyon dollar olaraq qiymətləndirib.

Son xəbərlər
Digər xəbərlər