26 C
Baku
Wednesday, July 17, 2024

“Adidas” şirkəti “Reebok”u satmaq istəyir

“Adidas AG” şirkəti “Reebok” markasını satmaq istədiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” yazıb.

Bildirildiyi kimi, müqavilədə “Timberland” və “North Face” brendləri altında tanınan Amerikanın VFC, Çinin “Anta International Group Holdings” idman ayaqqabısı istehsalçısı və Almaniyanın “Manager Magazin” nəşriyyatı maraqlıdır.

“Adidas”ın rəhbəri Kasper Rorsted bildirir ki, razılaşma 2021-ci ilin mart ayında bağlana bilər.

Qeyd edək ki, “Adidas”ın “Reebok”u satmaq istəyi haqqında məlumat pandemiyadan əvvəl yayılmışdı. Şirkət satınalma nəticəsində 2 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı. Mütəxəssislərin fikrincə, indiki dövrdə bu rəqəm bir qədər aşağı düşə bilər.

“Reebok” markası “Adidas”la müqayisədə pandemiyadan daha çox zərər çəkib. Belə ki, ikinci rübdə “Adidas”ın rüblük mənfəəti 33%, “Reebok”un isə 42% düşüb.

Xatırladaq ki, “Reebok” alman şirkətinə 2006-cı ildə 3,8 milyard dollara satılmışdı.

Son xəbərlər
Digər xəbərlər