Bazar günü gecə saatlarında naməlum şəxslər evə girərək, Fransanın iş adamı və siyasətçisi Bernard Tapini qarət ediblər.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Hadisə Parisin cənub-şərqindəki Sena və Marna departamentində Tapinin bağ evində baş verib. Dörd kişi milyarderin bağ evinə soxularaq, ona və həyat yoldaşı Dominik Tapiyə hücum ediblər.
Komb-la-Vil qəsəbəsinin meri cinayətkarların onların qollarını bağladıqlarını, sonra isə döydüklərini söyləyib. Dominik Tapi xəstəxanaya aparılıb. Merin sözlərinə görə, qarətçilərin şiddəti gözlətilərini doğrulda bilməmələri ilə əlaqəli olub. “Onlar zinət əşyalarını oğurladıqdan sonra, başqa heç nə tapa bilmədiklərini başa düşüb”, – deyə mer izah edir.
Qeyd edək ki, 78 yaşlı Bernar Tapi 1990-1993-cü illərdə bütün dünyada tanınan “Adidas” şirkətinin sahibi olub. Hal-hazırda o “Bernard Tapie Group” holdinqinə rəhbərlik edir.
2000-ci illərdən başlayaraq Tapi siyasət ilə məşğul olmağa başlayıb və Fransanın Radikal Sol Partiyasının üzvü olub. 1989-1995-ci illərdə Milli Məclisin üzvü, 1992-1993-cü illərdə şəhər işləri naziri və 1994-1997-ci illətdə Avropa Parlamentinin üzvü olmuşdur.