15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

ADIF: Azərabaycanda kiçik biznesin bank hesablarının sığortalanması 50 mln. manatı əhatə edəcək

faizlere

Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cari hesablarında olan 20 min manatlıq hissəsinin sığortalanması təxminən 50 mln. manat vəsaiti əhatə edəcəyi ehtimal olunur.

Bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bu, sahibkarların banka olan inam və etibarını, eyni zamanda sözügedən rəqəmi artıracaq.

“Biz ilk növbədə, fiziki şəxslərin depozitləri üzrə 30 min manat limit qoyularkən əhalinin daha həssas təbəqəsini qorumağa çalışırdıq. Bu missiyanı yerinə yetirdikdən sonra ikinci etap olaraq daha kiçik sahibkarların hüquqlarını da qorumaq niyyətindəyik. Biz o kateqoriyalı məbləğləri araşdırdıq və təxminən 50 mln. manatlıq bir vəsaitin 20 min manatlıq limit çərçivəsinə daxil olacağını ehtimal edirik. Bu rəqəm oktyabr ayına olan rəqəmdir və qüvvədədir. Gələcəkdə rəqəm, yəqin ki, artacaq”, – deyə T. Piriyev qeyd edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər