30 C
Baku
Thursday, May 30, 2024

ADIF “Azərbaycan Kredit Bankı”nın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin yekunlaşdırılması ilə əlaqədar kreditorlarının diqqətinə çatdırır ki, tələblərini əldə etməmiş kreditorlar tələbləri üzrə ödənişləri 04.11.2022-ci il tarixədək Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına yaxınlaşaraq əldə edə bilərlər.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişinin nağdsız qaydada həyata keçirilməsini nəzərə alaraq müvafiq sənədləri və ödəniş üçün bank rekvizitlərini Əmanətlərin Sığortalanması Fonduna təqdim etsinlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli 2-1(81)-3854/2015 nömrəli qərarına əsasən “Azərbaycan Kredit Bankı” ASC “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq məcburi ləğv edilmiş və “Azerbaijan İnternational Consaltinq Company” MMC banka ləğvedici təyin edilmişdir. 

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən məcburi ləğv edilmiş “Azərbaycan Kredit Bankı” ASC-yə ləğvedici qismində təyin edilmiş “Azerbaijan İnternational Consaltinq Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

Əlavə məlumat üçün:

Qaynar xətt: (+994) 941

[email protected]

Son xəbərlər
 ⁠
Digər xəbərlər