14 C
Baku
Saturday, April 27, 2024

ADIF bağlanan bankın işçilərinin tələblərinin ödənilməsinə başlayır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

Banker.az xəbər verir ki, müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna əsasən, Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 6 aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri üzrə ödəniş iyulun 29-dan başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Bununla bağlı Fondun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə (bank rekvizitlərini göstərməklə) müraciət etmək lazımdır. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər