11 C
Baku
Wednesday, December 11, 2024

ADİF banklardan yığılan sığorta haqqını artıra bilər

Azad Cavadov məsələyə aydınlıq gətirib.

Lisenziyası ləğv edilmiş banklarda sığorta hadisəsi baş verməmişdən öncə, Əmanətlərin Sığortalanması Fondunun (ADİF) 132 milyon manat vəsaiti var idi.

Ümumilikdə, sığorta hadisəsi baş vermiş bankların əmanətçilərinə 117,2 milyon manat vəsait ödəniləcək. Bundan sonra isə Fondun təxminən 14,7 milyon manat vəsaiti qalacaq.

Bu sözləri çərşənbə günü keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Fondun icracı direktoru onu da əlavə edib ki, ADİF AMB-dən borcalanmaya gedəcəksə, bu halda banklardan alınan sığorta haqqı artırıla bilər:

“Rüb ərzində biz banklardan 7 milyon manata yaxın vəsait yığırıq. Banklardan ildə Fonda 30 milyon manata yaxın vəsait daxil olur. Əgər biz, ləğv edilmiş bankların əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) borca girəcəyiksə, bu halda banklardan əlavə sığorta haqqı yığıla bilər. Bu isə mövcud qanunvericilikdə öz əksini tapıb”.

“Əmanətçilərdən sığorta haqqı alınmır, sığorta haqqını banklar ödəyirlər və əlavə haqqlar da banklardan alınır”, – deyə Cavadov əlavə edib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər