9 C
Baku
Thursday, December 12, 2024

ADIF “Dəmirbank”ın qorunmayan əmanətləri üzrə ödənişlərə başlayacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) bu ilin I rübü ərzində “Dəmirbank” ASC-nin qorunmayan əmanətləri üzrə ödənişlərə başlayacaq.

Bu barədə ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, ADIF-in icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev deyib.

Onun sözlərinə görə, artıq Fond qorunan əmanətlər üzrə reqresi tam bağlayıb və qısa müddətdə ləğv olunmuş bankın qorunmayan əmanətçilərinə kompensasiya ödənişlərinə başlanılacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər