9 C
Baku
Monday, November 18, 2024

ADİF ilə ABŞ-nin Xəzinədarlıq Departamenti arasında onlayn işgüzar görüş keçirilib

Əmanətlərin Sığortalanması Fondu ilə Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti arasında videoformatda işgüzar görüş keçirilib.

Banker.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin formalaşdırılması, həmçinin ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Fondun planlaşdırdığı yeni layihələrə müvafiq yardımların, o cümlədən texniki dəstəyin verilməsi məsələləri müzakirə olunmuşdur. Tərəflər Fond tərəfindən risk əsaslı sığorta modelinə keçid, sığorta itkilərinə qarşı ehtiyatlarının hesablanması metodologiyasının formalaşdırılması, mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması kimi fundamental məsələlərlə yanaşı, qurumun fəaliyyəti üçün hüquqi çərçivənin hazırlanması, həmçinin ləğvetmə istiqamətində aktivlərin idarə edilməsi üzrə dəstəyin verilməsi kimi mövzulara toxunmuşlar. 

Sonda hər iki tərəf qarşılıqlı əlaqələrin formalaşmasını yüksək qiymətləndirərək, bu cür görüşlərin daha sıx keçirilməsi qənaətinə gəlmişlər.

Son xəbərlər
Digər xəbərlər