9 C
Baku
Thursday, December 12, 2024

ADIF-in “Ata Bank”la bağlı ərizəsi təmin edilib

“Ata Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının da maraqlı şəxs kimi çıxış etdiyi bu ərizə “təhvil-təslim aktlarının təsdiq edilməsi” ilə əlaqədar olduğu bildirilir.

Əldə olunan məlumata görə, ADIF-in bu ərizəsi 7 oktyabr 2020-ci il tarixində təmin edilib.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən “Ata Bank” ASC-nin lisenziyası 2020-ci ilin aprel ayında geri çağırılıb, bank ləğv olunmuş hesab edilib.

Son xəbərlər
Digər xəbərlər