Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətdə olduğu 15 il ərzində 53 811 əmanətçiyə kompensasiya ödəyib.
Bu barədə Fond məlumat yayıb.
Bununla belə, qurum kompensasiya ödənişinin ümumi məbləğini açıqlamayıb.
Xatırladaq ki, ADIF Milli Məclisin 29 dekabr 2006-cı il tarixində qəbul etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna və Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixində imzaladığı fərmana əsasən yaradılıb, 12 avqust 2007-cil tarixindən fəaliyyətə başlayıb. Fondun məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
ADIF-i ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor idarə edir.