Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.
Bu barədə Banker.az-a Fondan bildirilib.
Məlumata görə, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı və ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Amrahbank” ASC üzrə –
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Ləğv prosesində olan “NBC Bank” ASC üzrə –
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Ləğv prosesində olan “Atabank” ASC üzrə –
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;
Qaynar xətt – 136.
Ləğv prosesində olan “AG Bank” ASC üzrə –
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Əlavə olaraq bildiririk ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaqdır.