9 C
Baku
Monday, November 18, 2024

ADIF ləğvetmə prosesi başa çatacaq bankları açıqladı

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev cari ildə ləğv etmə prosesi bitəcək bağlanan bankların adlarını açıqlayıb.

Tural Priyev Banker.az-a müsahibəsində bildirib ki, hazırda ləğvetmə prosesi bitmək üzrə olan banklar mövcuddur.

Qeyd edək ki, indiyə qədər ləğvetmə prosesində olan 21 bankın heç birinin ləğvi başa çatmayıb.

“Biz ilkin olaraq “Borçalı Bank”ın ləğvetmə prosesini bu il ərzində yekunlaşdırmaq istəyirik. Bu bankla bağlı artıq bütün kreditor tələbləri ödənilmişdir”- deyə, o bildirib.

O həmçinin qeyd edir ki,  bununla yanaşı, ikinci olaraq “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesinin yekunlaşdırılması planlaşdırılır.

“Bu bankda da demək olar ki, bütün kreditor tələblər ödənilmək üzrədir. “Azərbaycan Kredit Bankı”nın ləğvetmə prosesində yalnız bir hal üzrə açıq kreditor tələbi qalmışdır. O tələbi də bu il ərzində bağlamağı və ləğvetmə üçün məhkəməyə müraciət etməyi planlaşdırırıq. Bunu həyata keçirdiyimiz halda bu bir ilk olacaq”.

Son xəbərlər
Digər xəbərlər