ADIF rəhbərliyi SECO ilə əməkdaşlıq məsələlərini müzakirə edib

0

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbərliyi və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti əmanətlərin sığortalanması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“ADIF-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev SECO nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman ilə görüş keçirib”, – Fondun məlumatında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Görüşdə kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklər müzakirə edilib. Bundan başqa, ADIF-in əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər müzakirə olunub.