9 C
Baku
Wednesday, November 13, 2024

ADIF sığorta hadisəsinə 148 milyon ödəməlidir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Mərkəzi Bankdan 22 milyon manat vəsait kredit cəlb edib. Bu haqda ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, fond sığorta hadisəsi baş vermiş banklara 110 milyon manat ödəyib.
azad cavadov
“Ümumilikdə isə 148 milyon manat ödəniş edilməlidir”.

Qeyd edək ki, əmanətlərin sığortalanmasına dair qanuna görə, Mərkəzi Bank və dövlət ADİF-in öhdəliklərinə görə məsuliyyət daşımır. Qanuna əsasən, fondun ehtiyacı yaransa, daxili maliyyə bazarlarından və Mərkəzi Bankdan borc ala bilər. Bu günlərdə əmanətlərin sığortalanması haqqında qanuna düzəliş edildi və əhalinin bank sektoruna etimadını bərpa etmək üçün banklardakı bütün əmanətlər sığortalanmış hesab olundu. Lakin ADİF-in aktivləri bağlanan banklardakı bütün əmanətlərin qaytarılması üçün kifayət deyil.

Modern.az

Son xəbərlər
Digər xəbərlər