ADIF və bağlanan bankların məsuliyyətsizliyinə görə əmanətçi əziyyət çəkir

Ölkədə bank sektoruna inamı artırmaq üçün bir neçə müddətdir ki, işlər aparıldığı bildirilsə də, bağlanan 4 bankdan sonra bir çox boşluqların ortada olduğu görülür. Məsələ burasındadır ki, kommersiya banklarının müştəriləri banka əmanət yerləşdiriblər, həmin vəsaitlər tam sığortalanma qaydalarına uyğun aparılsa belə, sonradan Əmanətlətin Sığortlanaması Fondu (ADIF) bildirib ki, Mərkəzi Bank ( və ya əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatası) bir çox banklara əmanət qəbulunu qadağan edibmiş. Ona görə də bu əmanətlər tam sığortalanmış sayılmır, geri qaytarılmayacaq. İstənilən halda bu açıqlamanın min əziyyətlə pulunu toplayıb əmanət yerləşdirən sadə vətəndaşa nə aidiyyatı? O hardan bilsin ki, “AGBank”, “AtaBank” və “NBC Bank”a əmanətlərin qəbulu qadağan edilib? Requlyatir tərəfindən bu qərar verilibsə, bəs bu qərar harada dərc edildi ki, biz media nümayəndələri belə bunu heç bir yerdən duymadıq?

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov may ayında keçirlən press-konfransda bildirmişdi ki, sadə insanlar (fiziki şəxslər) maliyyə analitikası imkanı biznes şəxslər qədər geniş deyil. Buna görə də sadə insanların əmanətləri tam sığortalanır ki, sabah bank bağlanıb müflis olanda həmin şəxslərin vəsaitləri geri qaytarıla bilsin. Hələ biz bankı analiz üçün son inam mənbəsi olan təhrif olunmuş kənar audit hesabatını qeyd etmirik.

Lakin, görünür iş bunla bitmir. Əmanət yerləşdirən əhalinin bir hissəsi banka cari ilin yanvarından milli valyutada 9%-lə belə depozit yatırıblar (qanunla 10%-ə qədəri sığortalanmış sayılır), ADIF qayıdıb deyir ki, bu banka əmanət qəbulu qadağan edilibmiş və buna baxmayaraq əmanət yerləşdirmisiz.

Banker.az olaraq ADIF-in rəsmi mail ünvanına və eləcə də ictimai əlaqələr üzrə məsul şəxsinə dəfələrlə mail yazıb və zənglər etsək belə buna cavab ala bilmirik. 10 gün ərzində bizə bununla bağlı cavab tapdıqlarını çalışırlar. Bir qurum olaraq yalnız banklar bağlananda ortada görünən, qəliz dildə press-relizlər tirajlayan ADIF niyə indiyə qədər bildirmədi ki, requlyator bu banklara depozit qəbulunu dayandırıb, bu banka yatırım edib üstümüzə gəlməyin? Eləcə də requluyator AMB (və ya Maliyyə Bazarlarına Nəzarət Palatsası) bu qadağa məsələsini ictimayətə açıqlamamışdı.

Dinara adlı “AGBank”da əmanət yerləşdirən şəxs Banker.az-a bildirir ki, onun bankdakı əmanətlərinə blok qoyulub. Səbəb isə icazə olmadan bank əmanət qəbul edirmiş.

“Mənim əlimdə 9% faiz illik sığortalı müqaviləm var, amma deyirlər ki sizin əmanətiniz sığortasızdır. AGBank bank daxili oyunlarına görə biz sadə vətəndaşlar əziyyət çəkirik” – deyə o bildirir.

2017-ci ildə də banka əmanət yatıranlara bildiriblər ki, həmin dövirdə bu banka əmanət qəbulu dayandırılıbmış. Ötən gün bununla bağlı 1 aya məhkəmə olacağını ADIF rəsmləri əmanətçilərə desə də, bu gün açıqlama verib ki, “səbr edin” bu məsələ üzərində işlənilir, məhkəmə olmayacaq.

Eyni hal “NBC Bank”a əmanət yerləşdirən əmanətçilər də bu hallarla qarşılaşıb.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları